Türkiyə bu ölkədə hərbi təlimlərdə iştirak edəcək 

17:00 02.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Yunanıstanda keçirilən DYNAMIC GUARD-II/2024 Elektron Hərəkat Təliminə qatılacaq.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Türkiyə təlimlərdə NATO Daimi Dəniz Xidməti Qrupu-2-de xidmət edən "TCG Yıldırım" gəmisi ilə iştirak edəcək.

Təlimlər bu gün başlayıb və sentyabrın 6-dək davam edəcək.